Klubunun üzvləri“ İdarəetmədə iştirak et– özünüidarəetmə sənin haqqındır” adlı məlumatlandırma görüşləri keçirir. 11 Mart tarixində Marneuli Peşə Kolleci “Modusda”, 14 Mart tarixində isə “Marneuli” Kollecində məlumatlandırma görüşləri keçirilib.
Görüşlər iş formatında tələbələr və müəllimlərin iştirakı ilə keçirilir. İştirakçılar vətəndaşların qərar qəbuletmə prosesində iştirakı və onun formaları haqqında məlumat və cavablar almaq imkanı əldə ediblər. Eləcədə, bələdiyyədə mövcud olan problemlər və onların həlli yollarından da danışıblar. Görüşlər nəticəsində müəyyən edilmiş təşəbbüslər baxılması və cavablandırılması üçün yerli hökumətə təqdim olunacaq.
Görüşlər "İdarəetmədə iştirak et" Klubunun marneuli üzvlərinin təşəbbüsü, USAİD-in Yerli Özünüidarəetmə Proqramının dəstəyi ilə keçirilir.