29-31 may tarixlərində Tbilisidə USAİD-in Yerli İdarəetmə Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutu (CSI) vətəndaş cəmiyyəti aktorları (CSA) arasında təcrübə mübadiləsi səfəri keçirdi. Səfərin əsas məqsədi vətəndaş cəmiyyətinin nümayyəndələri üçün müzakirə məkanı yaradaraq yeni təşəbbüslərin irəli sürülməsinə və əməkdaşlığın gücləndirilməsinə tövhə verməkdir.
Bu fəaliyyətə Batumi, Kobuleti, Çoxatauri, Mestia, Kutaisi, Siqnaxi, Marneuli, Bolnisi və Dmanisi bələdiyyələrindən olan 20 iştirakçı,“İdatəetmədə iştirak et” klubunun üzvləri, eləcə də, e-learning praqramının sertifikatlı tələbələri cəlb olunub.
Səfərin ilk günü səmərəli idarəetmə, mərkəzsizləşdirmə və vətəndaş yönümlü xidmətlərin göstərilməsi ilə bağlı kommunikasiya strategiyasının yaradılması üzrə mövzularda sessiyalar həsr olundu, iştirakçılar mərkəzsizləşdirmə istiqamətində vətəndaşlarla ünsiyyət məsələləri üzərində işləyiblər. Sözügedən sessiyaya dəvət olunmuş ekspertlər Elenr Xarazaşvili, Salome Açba, həmçinin USAİD-in Yerli Özünüidarəetmə Proqramının Vətəndaş İşi üzrə Direktoru Tengiz Sultanişvili rəhbərlik etdilər.
Səfərin ikinci günü yerli özünüidarəetmə məsələlərinin müzakirəsi ilə başlayıb. “Vətəndaş monitorinqi” kursunun rəhbəri İrakli Melaşvili yerli özünüidarəetmə və monitorinq mexanizmlərinin əhəmiyyətindən danışıb. Görüş iştirakçıları həmçinin, “Tərəqqiyə aparan yol” adlı İştirakçı alətindən istifadə etməklə iştirakçılar yaşadıqları cəmiyyətdə problemləri müəyyən edib və qruplarda işləmək nəticəsində təbliğat planı hazırlayıblar. Qeyd olunan sessiyanı “İcma vəkilliyi” onlayn kursunun rəhbəri Nana Baqalişvili aparıb, o, həmçinin media ilə əlaqələrin əsas komponentlərindən danışıb.