“İdarəetmədə iştirak et” məlumat kampaniyası özünüidarəetmədə vətəndaş iştirakının gücləndirilməsi layihəsinin tərkib hissəsidir.
Layihə: “Yerli özünüidarəetmələrdə vətəndaş iştirakının və iştiraklı idarəetmənin gücləndirilməsi” Vətəndaş Cəmiyyəti İnstitutu (CSİ) tərəfindən USAİD-in Yerli Özünüidarəetmə Proqramı çərçivəsində həyata keçirilir. Veb sayt csogeorgia.org vətəndaş platformasının özünüidarə, vətəndaş iştirakı üçün onlayn resursdur.
Qərarların qəbulu prosesində vətəndaşların iştirakı demokratiyanın keyfiyyətinin əsas göstəricilərindən biridir. Yeni demokratik ölkələrdə vətəndaşların iştirakı prosesini təşviq etmək vacibdir. Hansı ki, bu, bir tərəfdən qərar qəbul edənlərdən iştirakın mahiyyətini və əhəmiyyətini dərk etməyi, digər tərəfdən isə vətəndaşları müvafiq bilik və məlumatlarla təchiz etməyi tələb edir.
Buna görə “İdarəetmədə iştirak et” ictimaiyyətə onların iştirakına kömək etmək üçün resurslar təklif edir.
Xəbərlər - özünüidarə orqanlarında baş verən hadisələr, vətəndaşların iştirak praktikaları haqqında.
İştirak mexanizmləri - qanunla nəzərdə tutulmuş mexanizmlər haqqında məlumat - onlardan nə, necə və nə vaxt istifadə edə bilərik. Həmçinin, qeyri-rəsmi iştirak vasitələri.
Nəşrlər – özünüidarəetmə və iştirak mexanizmləri haqqında.
Xəbərdar olmaq üçün bizi izləyin, addım atın - icmanın, kəndin, şəhərin və ya qəsəbənin üzləşdiyi problemlərin həllində iştirak edin.