Mer və Məclis üzvü ildə bir dəfədən az olmayaraq, noyabrın 1-dən gec olmayaraq bələdiyyənin seçiciləri ilə açıq görüş keçirməyə və görülən işlərə dair hesabat təqdim etməyə borcludurlar.Hesabatın müzakirəsi zamanı iştirakçıların suallarını cavablandırm.
İctimai görüş vətəndaşlara həyata keçirilən tədbirlər, gələcək planlar və prioritetlər barədə məlumat almaq və suallar vermək imkanı yaradır.
Hesabatın ictimai dinləməsinin proseduru necədir?
1-ci addım – Bələdiyyə məclisinin üzvlərinin hesabatının təqdim edilməsi qrafiki və yeri Məclis sədri tərəfindən təsdiq edilir, Mer isə hesabatın təqdim olunma yerini və tarixini müəyyən edir;
2–ci addım – Bələdiyyə məclisinin aparatı və meriya iclasa 7 gün qalmış hesabatların ictimai dinləmənin yeri və vaxtı barədə məlumat dərc edir;
3–cü addım – Bələdiyyə məclisnin majoritar üzvləri majoritar vahidində hesabatın ictimai dinləməsini keçirir.
Proporsional olaraq seçilən üzvlər – Bələdiyyə məclisinin binasında.
Merin hesabatının ictimaiyyətə təqdim edilməsi onun əvvəlcədən müəyyən etdiyi yerdə keçirilir;
4–cü addım – Merin və bələdiyyə məclisinin üzvlərinin gördüyü işləri əks etdirən hesabat təqdim edildikdən sonra 10 gün ərzində dərc edilir.