Fürsətdən yararlanın - “Orbeliani Meti” müsabiqəsinə ideya təqdim et

27.02.2024

Əgər sosial təşəbbüsünüz varsa və onu həyata keçirmək üçün dəstəyə ehtiyac duyursanız, Orbeliani Meti təklifindən istifadə edin - ideyalar martın 15-dək qəbul edilir. Layihənin məzmununu, hədəf məbləğini müəyyənləşdirin, bundan sonra ideya seçim mərhələsindən keçərək “Orbeliani Meti” platformasında yerləşdiriləcək.

Orbeliani Gürcüstanda kraudfandinq platformasıdır və məqsədi mümkün qədər çox insana vahid səylə sosial layihələrin həyata keçirilməsinə töhfə verməkdir.

Platforma vasitəsilə siz layihə üçün istədiyiniz məbləğin 30%-ni toplaya biləcəksiniz, 70%-i isə “Orbeliani Meti” donor təşkilatı tərəfindən qarşılanacaq.

Hər kəs Gürcüstanın hər yerində, o cümlədən: fərdlər, təşəbbüs qrupları, vətəndaş hərəkatları və fəallar ideyasını təqdim edə bilər.

Mənbə: Orbelian Meti