Təcrübə mübadiləsi üçün qeyri-hökumət təşkilatlarına səfərlər

05.06.2024

30 tarixində “İdarəetmədə iştirak et” klubunun üzvləri və onlayn platformanın uğurlu tələbələri qeyri-hökumət təşkilatlarının fəaliyyəti, proqramları və resursları ilə yaxından tanış olmaq məqsədilə 5 qeyri-hökumət təşkilatı ilə görüşdə olublar.

Səfər USAID-in Yerli Özünüidarəetmə Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutu (CSİ) tərəfindən təşkil olunub. Bu fəaliyyətə Batumi, Kobuleti, Çoxatauri, Mestia, Kutaisi, Siqnaxi, Marneuli, Bolnisi və Dmanisi bələdiyyələrindən 20 iştirakçı cəlb olunub.

Proqram iştirakçıları Tbilisi ictimai təşkilatlarında olublar, onların proqramları və fəaliyyətləri haqqında məlumat alıb, mümkün əməkdaşlıq yollarını və yeni təşəbbüslərin həyata keçirilməsini müzakirə ediblər. Bu fəaliyyətdə beş ev sahibi təşkilat iştirak etmişdir: Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), “Qafqaz Ətraf Mühit Təşkilatları Şəbəkəsi (CENN)”; "Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA)", "Vətəndaş Cəmiyyəti İnstitutu (CSI)" və "Orbeliani Meti". Ev sahibi təşkilatlar iştirakçılara öz fəaliyyətlərini təqdim edib və icma inkişafı, kraudfundinq, sosial sahibkarlıq, gənclər proqramları, fəallıq, ətraf mühitin mühafizəsi, seçkilər, vətəndaş monitorinqi, insan hüquqları, yerli özünüidarəetmə və vətəndaş iştirakı kimi sahələrdə təcrübələrini bölüşdülər.

Vətəndaş Cəmiyyəti İnstitutu (CSİ) ev sahibi təşkilatlara əməkdaşlığa və məhsuldar görüşlərə görə təşəkkür edir. Adıçəkilən təşkilatlara səfər proqram iştirakçıları üçün dəyərli və faydalı təcrübə oldu.