Klub üzvləri monitorinqlərini davam etdirirlər

12.03.2024

Batumidə "İdarəetmədə iştirak et" klubunun üzvü olan gənclər təbliğat kampaniyasını davam etdirirlər. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçiriblər.

 Klub iştirakçılarının bir hissəsi iştirakçı mexanizmlər haqqında məlumatlılığı artırmaq və yerli ehtiyacları araşdırmaq məqsədilə yaşlılar və könüllülərlə görüş keçirib.

Gənclərdən bəziləri Batumi Müstəqil Yaşam Mərkəzinin nümayəndələri ilə görüşüb və Batumi küçələrindən birinin uyğunlaşmasına nəzarət ediblər.

 “ İdarəetmədə iştirak et ” klubunun üzvlərinin monitorinqinin keçirilməsində məqsəd nəticələrə əsasən tövsiyələr hazırlayıb baxılması üçün bələdiyyə nümayəndələrinə təqdim etməkdir.

 “ İdarəetmədə iştirak et ” klubu Gürcüstanın 4 rayonunda fəaliyyət göstərir. Klublar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerli İdarəetmə Proqramının çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutu (CSI) tərəfindən " İdarəetmədə iştirak et " kampaniyası çərçivəsində yaradılıb.