Dmanisdə məsləhətləşmələr – evsiz heyvanların idarə edilməsi istiqamətində siyasətinin işlənib hazırlanması

22.02.2024

Dmanisi bələdiyyəsində fəaliyyət göstərən “İdaetmədə iştirak et” klubunun təşəbbüsü ilə sahibsiz heyvanların idarə olunması siyasətini hazırlamağa başlayıb. Bu məqsədlə 21 fevral tarixində mövzu maraqlanan vətəndaşlar və mülki sektorun nümayəndələri ilə ictimai məsləhətləşmə keçirilib.

Görüş vətəndaşların təlimi mərhələsi, tövsiyələr üzərində işləmə və səsvermə mərhələsini əhatə edən innovativ vətəndaş iştirak alətindən istifadə etməklə keçirilib.

İclası Dmanisi Bələdiyyə Şurasının sədri Paata Kuliaşvili və USAİD-in Yerli Özünüidarəetmə Proqramının rəhbəri Kevin Makloklin açıblar. Sözügedən problemin həllində vətəndaşların iştirakının və fəallığının vacibliyindən danışılıb.

Sahə mütəxəssisləri evsiz heyvanların problemləri üzərində işləməyin yolları barədə məsləhətləşmələrin iştirakçılarına məlumat veriblər. Heyvanların Monitorinqi Agentliyinin direktor müavini Zviad Asanişvili iştirakçılara Tbilisinin təcrübəsini və Tbilisi Bələdiyyəsi tərəfindən həyata keçirilən təcrübələri təqdim edib. Ana Metsxarişvili - Mayhew Georgia təşkilatının nümayəndəsi təşkilatın təcrübəsi və heyvan populyasiyasının idarə olunması və rifahı üçün vacib olan standartlar və yanaşmalar haqqında danışıb. Və Tetritskaro Gənclər Mərkəzinin rəhbəri Lusine Dostibegyan Tetritskaro bələdiyyəsinin təcrübəsini iştirakçılarla bölüşüb.

Tövsiyələrin işlənib hazırlanması mərhələsində vətəndaşlar ekspertlərlə birgə kiçik qruplarda işləyərək, ümumilikdə 31 tövsiyə hazırlanıb. Görüşün son mərhələsində vətəndaşlar səsvermə yolu ilə üç prioritet istiqamət müəyyən ediblər:

  • Sahibsiz heyvanların kastrasiyası və sterilizasiyası;
  • İctimai maarifləndirmə kampaniyası;
  • Bələdiyyə tərəfindən sahibsiz heyvanlar üçün strategiya və büdcə proqramının hazırlanması.
  •  

    Bu tövsiyələr Dmanisi Bələdiyyəsinin sahibsiz heyvanların idarə edilməsi siyasətinin əsasını təşkil edəcək.

    Artıq qeyd edildiyi kimi, məsləhətləşmə-müşavirə yığıncağında yerli sakinlər fəal şəkildə iştirak ediblər. Onların bu məsələyə marağı kifayət qədər yüksək olub, bunu məsləhətləşmələrin rəyi də sübut edir. Məsələn: “Görüş əyləncəli, məlumatlı və qeyri-adi keçdi”; “Görüş çox komanda yönümlü və məqsədyönlü keçdi”; “Görüş mehriban və nəticəyönümlü keçdi”; "Mən səmərəli fəaliyyət gördüm."

    Tədbir Dmanisi Bələdiyyəsi, Vətəndaş Cəmiyyəti İnstitutu (CSİ), Dmanisi “İdarəetmədə iştirak et” klubunun təşəbbüsü, USAID-in Yerli Özünüidarəetmə Proqramının dəstəyi ilə keçirilib.