“Idarəetmədə iştirak et” klubunun üzvləri məlumatlandırma kampaniyasını davam etdirirlər. Aprelin 29-da Dmanisi klubunun üzvləri İsveçrə Aqrar Kolleci Qafqaz-da məlumat kampaniyası keçiriblər.
Görüşdə kollecin tələbələri və əməkdaşları iştirak edib, onlara vətəndaş iştirakının vacibliyi və bu istiqamətdə istifadə oluna biləcək vasitələr haqqında məlumat verilib və məlumat görüşü sual-cavab rejimində keçib.
Görüş Dmanisi " Idarəetmədə iştirak et " klubunun təşəbbüsü, USAID-in Yerli Özünüidarəetmə Proqramının dəstəyi ilə keçirilib.