Vətəndaş Cəmiyyəti İnstitutunun İcma Advokatlaşdırması üzrə onlayn kursu ilə bağlı tədris prisesinə start verilib və ilk təqdimat görüşü keçirilib.
Görüşdə əsas diqqət təlim prosesi və kurs iştirakçıları ilə yaxından tanış olmaq olub. Kursa yazılanların əksəriyyəti bölgəsini və ya kəndini yaxşılığa doğru dəyişmək istəyən fəal vətəndaşlardır. Ümid edirik ki, kurs bu işə böyük töhfə verəcək.
Kurs USAID-in Yerli Özünüidarəetmə Proqramı çərçivəsində həyata keçirilir. Kursa ümumilikdə 309 ərizə daxil edilib, nəticə olaraq müxtəlif bələdiyyələrdən 92 iştirakçı seçilib.