Su ehtiyatlarının idarə edilməsi

29.02.2024

Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzi su ehtiyatlarının idarə edilməsinə dair videoçarx dərc edir.

“Gürcüstan su ehtiyatları ilə zəngin ölkədir, lakin su təmiz olmasa, hər şey üçün yararsız olur. Bu mühüm resursdan mümkün qədər az ziyan vurmaq və ondan maksimum fayda əldə etmək üçün necə istifadə etmək olar”, - təşkilatın sosial şəbəkədəki səhifəsində deyilir.

Videoçarx #CSRDG tərəfindən "Vətəndaş Cəmiyyəti Təşəbbüsü" layihəsi çərçivəsində, Avropa İttifaqı və Konrad Adenauer Fondunun (KAS) dəstəyi ilə hazırlanıb.

Mənbə: Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzi