Qəsəbənin ümümi yığıncağı

Qəsəbənin ümümi yığıncağı

Qəsəbənin ümumi yığıncağı kənd, qəsəbə və ya şəhər əhalisinin özünütəşkili və vətəndaşların yerli özünüidarənin həyata keçirilməsində iştirakının formasıdır. Qəsəbə və ya bələdiyyənin mühüm məsələlərinin müzakirəsində və həllində və bələdiyyə orqanları qarşısında təşəbbüs proseslərində əhalinin iştirakını təmin edir.

Iclas kimin təşəbbüsü ilə təşkil edilə bilər?

  • Müvafiq yaşayış məntəqəsində qeydə alınmış seçicilərin 5 faizindən az olmayaraq;
  • Mer - öz təşəbbüsü və ya bələdiyyə şurasının tələbi ilə;
  • Ümumi yığıncaqdan seçilmiş biri tərəfindən.

 Təşəbbüs proseduru necədir? 

1-ci addım – müvafiq yaşayış məntəqəsində qeydə alınmış ən azı 3 seçici ilə təşəbbüs qrupu yaradılır;

2-ci addım – təşəbbüs qrupu bələdiyyə sədrinə ümumi yığıncağın çağırılması təşəbbüsünün qeydə alınması barədə ərizə təqdim edir. Ərizəyə təşəbbüs qrupu üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və iclasın gündəliyi əlavə edilməlidir;

3-cü addım – bələdiyyə sədri ərizə təqdim etdikdən sonra 3 iş günü ərzində onu qeydə alır;

4-cü addım– təşəbbüs qrupu maksimum bir ay müddətində ümumi yığıncağın çağırışı təşəbbüsü ilə seçicilərin siyahısını hazırlayır— qəsəbə üzrə qeydə alınmış seçicilərin 5 faizindən az olmayaraq;

5-ci addım – təşəbbüs qrupu Merə ümumi yığıncağın çağırışı üçün ərizə təqdim edir, ona siyahı da əlavə olunur;

6-cı addım – Mer və ya onun səlahiyyət verdiyi vəzifəli şəxs müvafiq ərizə təqdim edildiyi gündən 5 iş günü müddətində qeydiyyat haqqında bildiriş verir;

7-ci addım – ümumi yığıncağın gündəliyinin və çağırışının tarixi, vaxtı və yeri haqqında məlumat qeydiyyata alındıqdan sonra 3 gün müddətində ictimaiyyətə açıqlanmalıdır;

8-ci addım– Ümumi yığıncaq iclasda iştirak edənlərin səs çoxluğu ilə qərar qəbul edir. Səsvermə əl qaldırma yolu ilə keçirilir;

9–cu addım – Ümumi yığıncaqda iclasın protokolu tərtib edilir. Buraya tarix, yer, nömrə, müzakirə olunan məsələ və qərar, habelə iclasda iştirak edənlərin sayı və lazım gəldikdə digər məlumatlar daxil edilməlidir;

10–cu addım – Ümumi yığıncağın təşəbbüskarı ümumi yığıncağın protokolunun surətini iclasdan sonra 7 gün ərzində Meriyaya təqdim edir.