Klub üzvlərinin görüşü

22.01.2024

Yanvarın 21-də Vətəndaş Cəmiyyəti İnstitutunda (CSİ) Marneuli və Dmanisi klublarının üzvləri ilə görüş keçirilib. Klubun üzvləri müxtəlif peşə və yaşda olan yerli sakinlərdir və onlar öz iştirakları ilə yerli səviyyədə vətəndaşların iştirak proseslərinə töhfə vermək arzusundadırlar.

Görüşdə vətəndaşların iştirakı, maarifləndirici və məlumatlandırma kampaniyaları, yerli təşəbbüslərin inkişafı, iştirak mexanizmlərinin populyarlaşdırılması və praktikada tətbiqi baxımından klubun rolundan danışılıb. Klub üzvləri 2 ay ərzində bu məsələlər üzərində işləyəcəklər.

Kvemo Kartlidə " Mülki İştirak və aktivizm mərkəzi" "İdarəetmədə iştirak et" kampaniyasının tərəfdaşıdır.

Yanvarın 25-də Vətəndaş Cəmiyyəti İnstitutunda “Çoxautri” klubunun üzvləri, yanvarın 29-da isə Batumi klubunun üzvləri ilə də görüş keçiriləcək.

Xatırladırıq ki, klubda Marneuli, Dmanisi, Çoxatauri və Batumi bələdiyyələrindən 100-dən çox könüllü birləşib.

“İdarəetmədə iştirak et” kampaniyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Yerli İdarəetmə Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutu (CSI) tərəfindən həyata keçirilir.