Klubunun üzvləri“ İdarəetmədə iştirak et– özünüidarəetmə sənin haqqındır” adlı məlumatlandırma görüşləri keçirir.
Məlumatlandırma görüşləri Marneuli munisipalitetinin Qızılhacılı kəndinin ictimai mıktəbində 5 və 25 mart tarixlərində şagirdlər, müəllimlər və valideynlərlə keçirilib.
Görüşlər iş formatında gənclər və icmanın digər üzvlərinin fəal iştirakı ilə baş tutub. İştirakçılar vətəndaşların qərar qəbuletmə prosesində iştirakı və onun formaları haqqında məlumat və mövcud suallarına cavab almaq imkanı əldə ediblər. Eləcədə, bələdiyyədə mövcud olan problemlər və onların həlli yollarından da danışıblar.
Görüşlər nəticəsində müəyyən edilmiş təşəbbüslər baxılması və cavablandırılması üçün yerli hökumətə təqdim olunacaq. Bundan əlavə, görüşlər nəticəsində "İdarəetmədə iştirak et" Klubunun marneuli üzvlərinin dəstəyi ilə qeyd olunan məktəbdə Eko və vətəndaş klubu yaradılıb.
Görüşlər "İdarəetmədə iştirak et" Klubunun marneuli üzvlərinin təşəbbüsü, USAİD-in Yerli Özünüidarəetmə Proqramının dəstəyi ilə keçirilir.