14 Fevral tarixində Marneulidə ekspert Lizi Sopromadzenin rəhbərliyi ilə meriya və bələdiyyə məclisinin nümayəndələri üçün sistemli baxış və strateji planlaşdırma üzrə təlim keçirilib.
Bundan əvvəl təlim kursu Dmanisi, Çoxatauri və Batumidə keçirilib və burada bələdiyyə məclisinin və Meriyanın 100-dən çox nümayəndəsi iştirak edib.
Sözügedən təlim bələdiyyələrin bacarıqlarının artırılması proqramının bir hissəsidir və vətəndaşların iştirak keyfiyyətinin özünü qiymətləndirməsinə əsaslanır (www.ppmeter.ge). Hazırkı auditoriya hökumətin qərarlarının, fəaliyyət planlarının, eləcə də strateji sənədlərin yaradılması üçün vacib və zəruri olan standartlar haqqında məlumat alıb.
Vətəndaş Cəmiyyəti İnstitutu “Bələdiyyə işçiləri üçün imkanların inkişafı proqramını” ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin yerli özünüidarəetmə proqramı çərçivəsində həyata keçirib.