Onlayn təlim kursunun iştirakçıları üçün müzakirə

17.03.2024

15 Mart tarixində, Vətəndaş Cəmiyyəti İnstitutunun (CSİ) Yerli Özünüidarəetmə və Vətəndaş İştirakçılığı üzrə Onlayn Təlim Proqramının I Modulu iştirakçıları üçün ZOOM platforması vasitəsilə növbəti müzakirə formatlı görüş keçirilib.

İclasın mövzusu bələdiyyə orqanlarının fəaliyyətinin ehtiyacları və çətinliyinin araşdırılması üsulları, məlumata əlçatanlığın forma və standartları olub. Görüş proqramın mühazirəçiləri Mariam Kobaladze və Levan Paniaşvilinin iştirakı ilə keçirilib. Müvafiq olaraq, iştirakçılar onları maraqlandıran sualları vermək imkanı əldə etdilər.

Onlayn proqramda 32 bələdiyyənin 128 nümayəndəsi, o cümlədən Meriya, Şəhər Şurası və Məsləhət Şurasının nümayəndələri iştirak edir. Proqramın I modulu üzrə təhsil martın 18-də başa çatacaq, bundan sonra II modul üzrə təlim prosesi başlayacaq.

Kurs üzrə təhsil haqqı tamamilə USAID-in Yerli İdarəetmə Proqramı tərəfindən maliyyələşdirilir.