Kaxeti bölgəsindən olan media nümayəndələri səth və yeraltı suların çirklənməsi və mövcud su idarəetmə təcrübələri kimi su ehtiyatlarının idarə edilməsi məsələləri ilə birbaşa tanış olmaq üçün Telavi çirkab sularının təmizləyici qurğusuna baş çəkiblər.
Səfərdən sonra USAİD-in İqtisadi İdarəetmə, Yerli Özünüidarəetmə və Cənubi Qafqaz Regional Su İdarəetmə Proqramlarının ekspertləri təbii ehtiyatların idarə edilməsi və yerli idarəetməyə dəstək istiqamətində USAİD proqramlarının fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Mənbə: USAID-in İqtisadi İnkişaf Proqramı