16-19 fevral tarixlərində Batumi və Çoxatauri “ İdarəetmədə iştirak et ” klubunun təqdimatı keçirilib. Klubun məqsədi iştirakçı yanaşma ilə yerli səviyyədə vətəndaşların iştirakı proseslərinin təkmilləşdirilməsini təşviq etməkdir.
Klub çərçivəsində iştirakçılar yerli inkişafa yönəlmiş təşəbbüslər, o cümlədən yerli ehtiyacların araşdırılması əsasında tövsiyələrin işlənib hazırlanması və özünüidarəetmə orqanlarına təqdim edilməsi; iştirak mexanizmləri haqqında məlumatlılığı artırmaq üçün yerli vətəndaşlarla məlumat xarakterli görüşlər; ətraf mühitin mühafizəsi; Gənclər məkanının təşkili və s.
Klub ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Yerli Özünüidarəetmə Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti İnstitutu (CSI) tərəfindən həyata keçirilən “ İdarəetmədə iştirak et ” kampaniyası çərçivəsində yaradılıb.