18 Mart tarixində Batumi “Idarəetmədə iştirak et” klubu çərçivəsində iştirakçılar məlumat broşürlərinin paylanması aksiyası keçiriblər. Aksiyanın məqsədi vətəndaşları yerli əhəmiyyətli qərarların qəbulu prosesində iştirak mexanizmləri haqqında məlumatlandırmaq olub.
“Idarəetmədə iştirak et ” klubu Gürcüstanın 4 rayonunda fəaliyyət göstərir. Klublar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Yerli Özünü idarəetmə proqramı çərçivəsində, Vətəndaş Cəmiyyəti İnstitutu (CSI) tərəfindən " Idarəetmədə iştirak et" kampaniyası çərçivəsində yaradılıb.