Məlumat xarakterli görüşlər davam edir

29.03.2024

İdarıetmədə iştirak et klubunun Marneuli üzvlıri “İdarəetmədə iştirak et– özünüidarəetmə sənin haqqındır” gənclərlə yanaşı, fəal qadınlar və vətəndaşlarla görüşlərini davam etdirirlər.

13 və 24 Mart tarixlərində, Marneuli bələdiyyəsinin Qırmızı kənd və Şaumian qadın icma klublarının üzvləri ilə görüşlər keçirilmişdir. Görüşdə vətəndaşların qərarların qəbulu prosesində iştirakının vacibliyi və iştirak mexanizmləri barədə məlumat alıblar. Onlar həmçinin yerli problemlər və kəndin gücləndirilməsi və inkişafında qadınların rolunu müzakirə ediblər.

Sosiallaşma üçün yer, uşaq bağçası, yerli nəqliyyat, avtobus dayanacaqları, sahibsiz etlər, bunlar bu kəndlərdə mövcud olan problemlər arasında sadəcə bəziləridir. Kəndin qadınlar klubunun üzvləri ilə birlikdə idarəetmədə iştirak et klubunun üzvləri bələdiyyə ilə əməkdaşlığı davam etdirəcək ki, birlikdə kəndin gücləndiirlməsi üçün advokatlaşdırma və təbliğat kampaniyalarını planlaşdırıb həyata keçirsinlər.

Görüşlər “idarəetmədə iştirak et” klubunun təşəbbüsü, USAID-in Yerli Özünüidarəetmə Proqramının dəstəyi ilə keçirilir.